AZ

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Bakı. Trend:

“InvestAZ” dünya maliyyə bazarları ilə bağlı həftəlikanalizi açıqlayıb.

Ötən həftə Avrozonada, İngiltərədə, Amerikadaaçıqlanan statistik göstəricilər, xüsusilə də Amerikada dərc olunan“NFP” hesabatı sonrası dolları valyuta birjalarında aqressivşəkildə bahalaşdı. Belə ki, dollar qarşısında EURUSD məzənnəsi 1sent, GBPUSD məzənnəsi isə 2 sent ucuzlaşdı. Dollar istisna, digərmajor valyutaların kəskin ucuzlaşması fonunda, investorların“güvənli liman” olaraq sığındıqları qızıl isə 2690$-a kimibahalaşdı.

Geridə qoyduğumuz həftənin son ticarət günü ABŞMaliyyə Nazirliyi Rusiyanın iki ən böyük neft hasilatı vəixracatçısı olan “Qazprom Neft” və “Surqutneftegas” və onlarıntörəmə şirkətlərini sanksiya siyahısına əlavə etməklə, Rusiyanınenerji gəlirlərini azaltmaq üzrə G7 öhdəliyini yerinə yetirmək üçünhərtərəfli addımlar atıb. Nəticədə, neft qiymətlərində kəskinbahalaşma yaşandı. “Brent” nefti 2024-cü ilin oktyabrından bəri ilkdəfə 80$ həddinin üzərinə yüksəldi.

Cari ticarət həftəsində isə çərşənbə günü Amerikada vəİngiltərədə, cümə axşamı günü Almaniyada, cümə günü isə Avrozonadaaçıqlanacaq İstehlak Qiymətləri İndeksi (CPİ) və cümə axşamıİngiltərədə dərc olunacaq ÜDM hehsabatı investorların diqqətmərkəzində olacaq.

EUR

Ötən həftəyə 1.03$ səviyyəsində start verən EURUSDməzənnəsi həftə ərzində 1.0440 səviyyəsinə qədər yüksəlsə də,burada “ayıların” ciddi müqaviməti ilə üzləşərək kəskin ucuzlaşdıvə həftəlik şamını 1.0240 səviyyəsində tamamladı.

Cari həftə ərzində Avrozonada və Almaniyadaaçıqlanacaq İstehlak Qiymətləri İndeksi göstəriciləri avronun dünyabirjalarındakı qiymətlərinə yön verə bilər.

“Ayılar” qiyməti 1.02$ həddinin altına sala və buradaqoruyub saxlaya bilsələr, eniş tendensiyası 1€ = 1$ həddinə kimidavam edə bilər.

GBP

Keçən həftəyə 1.2420 səviyyəsində başlayan GBPUSDməzənnəsi həftə ərzində 2 sent ucuzlaşdı və həftəni 1.22$səviyyəsində tamamladı.

Bu həftə isə İngiltərədə dərc olunacaq ÜDM hesabatı vəCPİ göstəriciləri birjalarda funt-sterlinqin qiymətlərinə yönverəcək.

GBPUSD məzənnəsində “ayılar” qiyməti 1.22$ həddininaltında saxlaya bilsələr, eniş tendensiyası daha kəskin xarakterala bilər.

XAUUSD

Major valyutaların kəskin ucuzlaşması fonunda,investorların “güvənli liman” olaraq sığındıqları qızıl ötən həftə2697$-a kimi bahalaşdı. Daha sonra bu səviyyədə “ayılar”ınmüqaviməti ilə üzləşən “sarı metal” 2690$-a kimi ucuzlaşdı. Hazırda2688$-dan təklif olunan qızılda “buğalar”-ın qarşısında duran əsasmüqavimət həddləri kimi, 2700$, 2727$ və 2740$ hədləri çıxışedir.

OİL

İran, xüsusilə də, Rusiyaya əlavə sanksiyalarıntətbiqi fonunda “Brent” nefti 2024-cü ilin oktyabr ayından bəri ilkdəfə 80$ həddinin üzərinə yüksəldi. Həftəlik şamını 79.96$səviyyəsində tamamlayan OLİUK, cari həftəyə 81.54$ həddindəbaşladı. Həftəyə “gap” ilə start verən “Brent” neftinin bahalaşmasıüçün qarşıda duran əsas müqavimət hədləri kimi, 81.80$, 82.90$ və84.20$ hədləri çıxış edir.

Seçilən
15
7
az.trend.az

8Mənbələr