AZ

Ermənistan Aİİ-dən çıxmayacaq

İrəvan Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmağı planlaşdırmır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İrəvanın iqtisadiyyat naziri Gevorq Papoyan mətbuat konfransında bildirib.

"Biz Aİİ-ni heç nə ilə əvəz etmək istəmirik. Müstəqil olmaq istəyirik, müstəqillik bir ölkədən deyil, hamıdan və hamının sizdən asılı olması deməkdir",- deyə Papoyan qeyd edib.

O əlavə edib ki, Ermənistan Avrasiya İqtisadi İttifaqı ilə əlaqələrini dəstəkləməli, inkişaf etdirməli və artırmalı, eləcə də digər təşkilatlarla əlaqələrini genişləndirməlidir.

Seçilən
19
operativmm.az

1Mənbələr