"Qarabağ"ın keçmiş futbolçusu Uroş Matiç futbolçu karyerasını bitirib.
Serbiyalı sabiq futbolçu karyerasını bitirərək məşqçiliyə keçib.
"Operativ Media"nın məlumatına görə, o, Serbiyanın "Yedinstvo UB" klubunun baş məşqçisi vəzifəsinə təyin olunub. Sözügedən komanda hazırda yüksək liqada çıxış edir və turnir cədvəlində sonuncu yerdə qərarlaşıb. 34 yaşlı Matiç mövsümün sonuna qədər bu klubla müqavilə bağlayıb.
Qeyd etmək lazımdır ki, Matiç futbolçu karyerasının son dönəmində də "Yedinstvo UB"də çıxış edib.
Xatırladaq ki, o, 2020/21 mövsümündə "Qarabağ" komandasında forma geyinib.