AZ

İsrailli nazir HƏMAS ilə əldə olunması gözlənilən sülh müqaviləsindən DANIŞDI

\"HƏMAS ilə əldə olunması gözlənilən atəşkəs razılaşmanın bir hissəsi olmayacaq\".

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bunu İsrailin maliyyə naziri Bezalel Smotrich X sosial şəbəkəsində yazıb.
 
Nazir fələstinli məhbusların azad edilməsi, Qəzzada işğalın dayandırılması, qan tökülməsi ilə əldə edilən qazanclardan və çox sayda israilli məhbusun imtinasını ehtiva edən razılaşmanın bir hissəsi olmayacaqlarını iddia edib.

\"Bütün gücümüzlə Qəzza zolağının işğalını və təmizlənməsini davam etdirməyin vaxtıdır. HƏMAS tamamilə təslim olana və əsirlər geri qayıdana qədər Qəzzada cəhənnəm qapılarının açılmasını istəyirik\" - deyə Smortiç əlavə edib
 
Smotriç dəfələrlə HƏMAS ilə razılaşmanın əleyhinə olduğunu bəyan etmiş və saziş imzalanacağı təqdirdə hökumətdən çəkiləcəyi ilə hədələyib.

Netanyahu İsrail Xarici Kəşfiyyat İdarəsinin Mossad direktoru David Barnea və İsrail Daxili Kəşfiyyat Xidmətinin (Şabak) direktoru Ronen Bar da daxil olmaqla, Qəzzada atəşkəs danışıqlarının aparıldığı yüksək səviyyəli İsrail danışıqlar qrupunu Qətərə göndərmək qərarına gəlib nümayəndə heyəti Dohaya gedib.

Mikayıl
Seçilən
12
50
azxeber.com

10Mənbələr