AZ

Paşinyan MTX rəhbərindən narazıdır - Onun yerinə namizəd tapıb

Ermənistanın baş naziri Nikol Paşinyan Milli Təhlükəsizlik Xidmətinin (MTX) rəis müavini Andranik Simonyanı agentliyin rəhbəri postuna mümkün namizəd kimi nəzərdən keçirir...

Poliqon xəbər verir ki, bu barədə Hraparak qəzeti yazıb.

Nəşr yazdığına görə, Paşinyan eyni tapşırıqları Abazyan və Simonyana da verir ki, onların işini dəyərləndirsin və hazırkı Milli Təhlükəsizlik Xidmətinin rəhbərinin loyallığını yoxlasın.

"Hesab olunur ki, Abazyan heç də həmişə Paşinyanın siyasi göstərişlərini yerinə yetirmir, Simonyan isə həvəslə hətta ən mübahisəli tapşırıqları yerinə yetirməyi öhdəsinə götürür", deyə Hraparak qeyd edib.

Qəzet iddia edir ki, Simonyan keçmiş Baş Qərargah rəisi Tiran Xaçatryanın işini həvəslə öz üzərinə götürüb. Keçən ilin payızında Paşinyan yüksək rütbəli hərbçini həbs etdirmək istəyib, lakin İstintaq Komitəsinin (İK) o zamankı rəhbəri Argişti Kyaramyan bu əmri yerinə yetirməkdən imtina edib.

Hraparak onu da qeyd edir ki, Simonyan MTX-yə keçməmişdən əvvəl Lori bölgəsində hakim postunu tutub. 2021-ci ildə o, İrəvana köçürülüb və orada əvvəlcə İstintaq Komitəsinin rəis müavini, beş gün sonra isə Milli Təhlükəsizlik Xidmətinin rəis müavini olub.

Nəşrin məlumatına görə, Simonyan baş prokuror Anna Vardapetyanın işinə nəzarət edir və mütəmadi olaraq Paşinyana hesabat verir.

Poliqon.info

Seçilən
19
poliqon.info

1Mənbələr