AZ

Husilər İsrail Müdafiə Nazirliyinin binasını vurduqlarını bəyan etdilər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Yəmənin "Ənsar Allah" üsyançı hərəkatından olan husilər son 12 saat ərzində İsrail ərazisinə ikinci raket hücumu həyata keçiriblər.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Al Masirah" telekanalı məlumat verib.
Hərəkatın hərbi nümayəndəsi Yəhya Sariyanın sözlərinə görə, husi qüvvələri Təl-Əvivdə İsrail Müdafiə Nazirliyinə hipersəsli ballistik raketlə hücum ediblər.
"Yəmən silahlı qüvvələrinin raket qoşunları hərbi əməliyyat keçiriblər və "Fələstin-2" hipersəsli ballistik raketi ilə Təl-Əviv bölgəsində İsrail Müdafiə Nazirliyinin binasına hücum ediblər. Raket hədəfinə çatıb, raket əleyhinə sistemlər onu izləyə bilməyib", - deyə Sariya bildirib.
Seçilən
46
50
oxu.az

10Mənbələr