Azərbayanda müəllimlərin maaşı ölkədəki orta aylıq əməkhaqqından aşağıdır. Bakıda və regionlardakı təhsil müəssisələrində çalışanların maaşı arasındakı ciddi fərqlər də diqqət çəkir. Bakı Şəhəri üzrə Təhsil İdarəsi bildirib ki, 2024-cü ildə qurumun tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əməkhaqqı 993 manat təşkil edib. Qeyd olunur ki, məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlərin orta aylıq maaşı isə 527 manat olub. Rayon təhsil müəssisələrində çalışan müəllimlər 400-600 manat əməkhaqqı aldıqlarını bildirirlər.
Elm və təhsil naziri nə demişdi?
Elm və təhsil naziri Emin Əmrullayev hələ 2023-cü ilin yayında demişdi ki, ölkədə 28 929 müəllim 500 manata yaxın maaş alır.
Nazir qeyd edib ki, müəllimlərin maaşının yüksək və ya aşağı olması onun bilik səviyyəsindən asılıdır.
![](https://static.azpolitika.info/storage/news/36b30473b3e12a3a3f30306b55881af8/375b1604-283d-47ae-9847-f847a5f9e5ef.jpg)