“Robert Fitso Slovakiyanı tərk edib. O, evdə olub, insanları narahat edən problemləri həll etmək əvəzinə, dünyanı gəzir, diktatorlara baş əyir, haradasa Vyetnamda dəbdəbədən zövq alır. Qonşularımızı, tərəfdaşlarımızı təhqir edir. O, burada Slovakiyada baş tutmalı olan idarəçilikdən istefaya gedib”,- ölkənin ən güclü müxalifət hərəkatı olan “Mütərəqqi Slovakiya”nın sədri Mixal Şimeçka iddia edib.
Slovakiya nümayəndə heyətinə Polşa üzərindən Rusiyaya uçmağa icazə verilməyib |
- Biz açıq şəkildə bildiririk ki, Robert Fitsonun Slovakiyanı şərqə qaçırmasına icazə verməyəcəyik. Etimadsızlıq səsverməsi ideyasının səbəbi təkcə onun Moskvaya səfəri deyil. Belə səbəblər çoxdur. Robert Fitso Slovakiyaya rəhbərlik etdiyi 14 il ərzində o qədər pis işlər görüb ki, bunu saatlarla saymaq mümkün deyil”, - Şimeçka vurğulayıb.
Siyasətçinin iddiasına görə, digər Avropa ölkələrindən daha kasıb olan Slovakiyada səhiyyə, infrastruktur və təhsil daha pis vəziyyətdədir. Ölkə əhalisinin gördüyü bütün bu hallara görə isə, məsuliyyəti baş nazir Robert Fitso daşıyır.
Sahil İsgəndərov
AzVision.az