AZ

Müxalifət Fitsonun hakimiyyətinə xitam verməyə hazırlaşır

AzVision.az xəbər verir ki, “Aktuality.sk.” nəşrinin məlumatına görə, “Mütərəqqi Tərəqqiçi Slovakiya”, “Slovak Hərəkatı”, “Xristian Demokratik Hərəkat”, “Azadlıq və Həmrəylik” partiyalarının daxil olduğu vahidmüxalifət ölkənin baş naziri Robert Fitsoya qarşı etimadsızlıq votumu irəli sürmək niyyətindədir.

“Robert Fitso Slovakiyanı tərk edib. O, evdə olub, insanları narahat edən problemləri həll etmək əvəzinə, dünyanı gəzir, diktatorlara baş əyir, haradasa Vyetnamda dəbdəbədən zövq alır. Qonşularımızı, tərəfdaşlarımızı təhqir edir. O, burada Slovakiyada baş tutmalı olan idarəçilikdən istefaya gedib”,- ölkənin ən güclü müxalifət hərəkatı olan “Mütərəqqi Slovakiya”nın sədri Mixal Şimeçka iddia edib.

Slovakiya nümayəndə heyətinə Polşa üzərindən Rusiyaya uçmağa icazə verilməyib
Onun sözlərinə görə, baş nazirin istefası üçün bütün müxalifətin birləşə bilməsi böyük əhəmiyyət kəsb edir. Müxalifət xüsusilə Fitsonu və onun hökumətini Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün Moskvaya səfər etməkdə və Slovakiyanın xarici siyasət istiqamətini dəyişməkdə günahlandırır.

- Biz açıq şəkildə bildiririk ki, Robert Fitsonun Slovakiyanı şərqə qaçırmasına icazə verməyəcəyik. Etimadsızlıq səsverməsi ideyasının səbəbi təkcə onun Moskvaya səfəri deyil. Belə səbəblər çoxdur. Robert Fitso Slovakiyaya rəhbərlik etdiyi 14 il ərzində o qədər pis işlər görüb ki, bunu saatlarla saymaq mümkün deyil”, - Şimeçka vurğulayıb.

Siyasətçinin iddiasına görə, digər Avropa ölkələrindən daha kasıb olan Slovakiyada səhiyyə, infrastruktur və təhsil daha pis vəziyyətdədir. Ölkə əhalisinin gördüyü bütün bu hallara görə isə, məsuliyyəti baş nazir Robert Fitso daşıyır.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
6
1
azvision.az

2Mənbələr