AZ

Qadın boksçulardan ibarət Azərbaycan millisi ilin ilk hazırlığına başlayıb

Bakı, 15 yanvar, AZƏRTAC

Qadın boksçulardan ibarət Azərbaycan millisi ilin ilk hazırlığına başlayıb.

Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, yığma Şəkidə təlim-məşq toplanışındadır.

Əsas diqqət ümumi fiziki hazırlığa yönələcək. Məşqlərdə 8 boksçu iştirak edir.

Qeyd edək ki, yanvarın 13-dən başlayan toplanış ayın 25-də başa çatacaq.

Seçilən
2
1
azertag.az

1Mənbələr