İran rəsmiləri azərbaycanlı məşhurlara və qəhrəmanlara qarşı təhqir və hörmətsizliklərini davam etdirir, bu dəfə Tehrandakı Şeyx Məhəmməd Xiyabaninin məqbərəsinə hörmətsizlik edilib.
Yayımlanan görüntülərə görə, İran rəsmiləri Şeyx Məhəmməd Xiyabaninin qəbrini təhqir edərək onu xalçalar altında gizlətmiş, nəticədə insanların onun üstündə gəzməsinə səbəb olublar.
Qeyd edək ki, Tehranın Şəhr-e-Rey şəhərindəki Əbdül Əzim ziyarətgahında yerləşən Şeyx Məhəmməd Xiyabani və Səttar Xanın qəbirləri İran rəsmiləri tərəfindən dəfələrlə təhqir və hörmətsizliyə məruz qalıb.
Son illərdə Şəhr-e-Reydəki “Əbdül Əzim ziyarətgahı”nın abadlaşdırılması və genişləndirilməsi bəhanəsi ilə Şeyx Məhəmməd Xiyabaninin məzarı dağıdılıb, onun məzar daşı sındırılıb.
İran rəsmilərinin Tehrandakı Səttarxan və Şeyx Məhəmməd Xiyabani məqbərələrinə dəfələrlə hörmətsizlik etməsindən sonra 2017-ci ilidə Təbriz Şəhər Şurasının üzvü Qulamhüseyn Məsudi Reyhan Azərbaycanın bu iki məşhur şəxsiyyətinin məqbərələrinin ucaldılmasını və qəbirlərin Təbrizə köçürülməsini istəyib.
visiontv.az