AZ

"VTB Bank Azərbaycan"ın kredit portfeli - 47,8 MİLYON MANAT BÖYÜYÜB

2024-cü ilin 4-cü  "VTB Bank Azərbaycan" 234 milyon 933 min manat kredit portfelinə malik olub.

FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.

Kredit portfelinin həcmi  son  bir ildə 47 milyon 873 min manat (26%) böyüyüb.

Onun da  99 milyon 465 min manatını istehlak,  78 milyon 533 min manatını biznes kreditləri, 56 milyon 995 min manatını isə daşınmaz əmlak (ipoteka kreditləri) təşkil edib.

2023-cü iin sonu ilə müqayisədə istehlak kreditləri 24 milyon 665 min manat (33%), biznes kreditləri 13 milyon 982  min manat (22%), ipoetka kreditləri 9 milyon 226 min manat (19%) böyüyüb.

Ümumi kredit portfelinin 28 milyon 233 min manatını mümkün zərərlər üçün yaradılmış ehtiyat vəsaitləri təşkil edib.

Beləliklə, müştərilərə verilmiş xalis kredit məbləğinin həcmi 206 milyon 759 min manat olub ki, bu da ötən 2023-cü ilin sonu ilə müqayisədə 42 milyon 998 min manat, başqa sözlə 26% artım deməkdir.

Seçilən
3
fed.az

1Mənbələr