Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə aprelin 10-da Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasına yola düşür. Bu xəbər Turan-a QMİ-nin mətbuat xidmətindən verilib.
Səfərin məqsədi Şimali Qafqaz müsəlmanlarının Koordinasiya Şurasının sədri, Qaraçay-Çərkəz müftisi İsmayıl Berdiyevin anadan olmasının 60-cı ildönümünə həsr olunmuş yubiley tədbirlərində iştirak etməkdir.
Səfər çərçivəsində Şeyxülislam A.Paşazadənin sədrliyi ilə Qafqaz Xalqları Ali Dini Şurasının (QXADŞ) növbəti toplantısının keçirilməsi gözlənilir. -05D-