Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov İsveçrə Konfederasiyasının Cenevrə şəhərində Beynəlxalq Əmək Təşkilatının (BƏT) üzv-dövlətlərinin hökumət nümayəndələri və sosial tərəfdaşlarının iştirakı ilə Beynəlxalq Əmək Konfransının 103-cü sessiyasında BMT radio xidmətinə müsahibə verib.
Onun sözlərinə görə, bu ilin aprelində qeydiyyat üçün Miqrasiya Xidmətinə 47 min 694 nəfər müracit edib. Bu, ötən ilin eyni dövründəkindən 8 min çoxdur. Əgər əvvəllər qara fəhlələr üstünlük təşkil edirdisə, indi ixtisaslı kadrlar çoxalıb, deyə müslümov bildirib.
Ölkənin prioritet istiqamətləri kimi o, istehsal və sosial infrastruktur, kənd təsərrüfatı, nəqliyyat və İKT-ni göstərib. «Nəticədə çoxlu iş yerləri açılır, ixtisaslı kadrlara ehtiyac yaranır», - deyə o qeyd edib.
Onun sözlərinə görə, ölkədə tolerantlıq olduğu üçün ixtisaslı kadrlar Azərbaycana həvəslə gəlir. --17D—