AZ

İranın nüvə obyektində təxribatın qarşısı alınıb

İranın Atom Enerjisi Təşkilatının mütəxəssisləri uranın zənginləşdirilməsi üçün qaz sentrifuqasının yerləşdiyi platformada partlayıcı maddələri zərərsizləşdiriblər.

Herbiand.az bildirir ki, bunu İslam Respublikasının vitse-prezidenti Məhəmməd Cavad Zərif deyib. 

O, təxribatda İsrailin əli ola biləcəyinə eyham vurub: “Sionistlər uzun müddətdir ki, Livanda peycerlərin [kütləvi partlatmaq üçün] əməliyyatı üzərində işləyirdilər. Ola bilər ki, bu, sanksiyalar sayəsində mümkün olub. İstehsalçıdan [peycerləri] sifariş etmək əvəzinə, sanksiyalara görə vasitəçilərə müraciət etmək məcburiyyətində oluruq. Əgər sionist rejim tədarük zəncirinə nüfuz edərsə, o, hər şeyi edə və hər şeyi həyata keçirə bilər”.

Zərif qeyd edib ki, məsələn, Atom Enerjisi Təşkilatı bu yaxınlarda içərisində partlayıcı maddələr olan sentrifuqa platforması alıb: "Onu tapmaq mümkün oldu. Səbəb [partlayıcıların görünməsi] bizim yan keçməli olduğumuz sanksiyalardır. Maliyyə itkiləri ilə yanaşı, onlar həm də təhlükəsizliyə böyük ziyan vurublar”.

İranlı məmur hadisənin dəqiq nə vaxt baş verdiyini açıqlamayıb.

Qeyd edək ki, İranın nüvə obyektlərində uranın zənginləşdirilməsi üçün sentrifuqalar quraşdırılır.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
8
1
herbiand.az

2Mənbələr