AZ

Məmmədyarov Bundesliqada çıxış edib

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Almaniya Bundesliqasının növbəti turunda iştirak edib.

İdman.biz xəbər verir ki, onun çıxış etdiyi "Vernhaym" klubu VI turda "Dezisau"ya 4,5:3,5 hesabı ilə qalib gəlib.

Üçüncü lövhədə çıxış edən Məmmədyarov belçikalı Daniel Darda ilə heç-heçə edib.

“Vernhaym”ın 7 xalı var və turnir cədvəlinin altıncı pilləsində qərarlaşıb. Yarışın lideri isə son illərin daimi çempionu "Baden-Baden"dir.

İdman.biz

Seçilən
10
1
idman.biz

2Mənbələr