Litva Ukrayna tərəfinin müvafiq müraciəti olacağı təqdirdə Ukraynaya hərbi hissələrin göndərilməsi məsələsinə baxmağa hazır olduğunu bəyan edib
. Bunu yanvarın 14-də LRT televiziyasının “Tema Dnya” proqramında xarici işlər naziri Kestutis Budris deyib. O qeyd edib ki, Litva bu məsələni müttəfiqləri, tərəfdaşları və Ukrayna nümayəndələri ilə müzakirə edərək, onun həlli üçün optimal formatı müəyyənləşdirəcək.
Budris həmçinin xatırladıb ki, Paris sammitindən sonra Fransa prezidenti Emmanuel Makron Ukraynadakı hərbi mövcudluğunun müxtəlif formalarda genişləndirilməsi təşəbbüsündən danışanda Litvanın belə bir ehtimalı istisna etmədiyini bildirib. Bundan əlavə, o qeyd edib ki, Litva regionda təhlükəsizliyin təminatçısı rolunu oynayır və buna təkcə diplomatik üsullarla deyil, həm də digər vasitələrlə öz töhfəsini verir.
//Samir Qurbanov, Editor.az