AZ

Bayden Qəzzada atəşkəs razılaşması ilə bağlı bəyanat yaydı

ABŞ Prezidenti Co Bayden İsrail ilə HƏMAS arasında atəşkəs və girovların azad olunmasına dair razılaşma ilə bağlı bəyanat yayıb.

Teleqraf.com xəbər verir ki, bəyanat Ağ Evin rəsmi saytında dərc olunub.

Bayden bildirib ki, tərəflər arasında atəşkəsə ölkəsinin həyata keçirdiyi intensiv diplomatiya nəticəsində nail olunub.

Sənədə əsasən, əldə edilən razılaşma Qəzzada hərbi əməliyyatların dayandırılmasına və bölgədə yaşayan fələstinli dinc əhaliyə zəruri humanitar yardımların çatdırılmasına və 15 aydan çoxdur girovluqda saxlanılan şəxslərin öz ailələrinə qovuşmasına şərait yaradacaq.


Müəllif: Teleqraf.com
Seçilən
5
8
teleqraf.com

4Mənbələr