AZ

HƏMAS-ın girov saxladığı ABŞ vətəndaşları azad edilib

ABŞ-nin radikal HƏMAS hərəkatının girovluğunda olan iki vətəndaşı azad edilib.

“Far.Az” xəbər verir ki, bu barədə MSNBC telekanalı məlumat yayıb.

Məlumata görə, Təl-Əvivdəki “NBC News” bürosunun keçmiş rəhbəri Martin Fletçerin ailə üzvləri Natali və Cudit Ranan sərbəst buraxılıblar. Onlar hazırda İsraildədir.

Qeyd edək ki, ötən gün Qəzza zolağında atəşkəs razılaşması əldə olunub. Razılaşma vasitəçilərin bir neçə saatlıq gərgin fəaliyyətindən sonra bağlanıb.

"Əl-Cəzirə" telekanalı bildirib ki, Qəzzada atəşkəs razılaşmasının ilk mərhələsində 33 israilli girov azad olunacaq. Bununla yanaşı, İsrailin hərbi qüvvələrini Qəzza zolağının sərhədlərindən 700 metr məsafəyə geri çəkəcəyi barədə xəbərlər yayılıb.

Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Fələstinin radikal HƏMAS hərəkatının silahlı tərəfdarlarının Qəzza zolağından İsrail ərazisinə soxulmasından, sərhədyanı kəndlərdə sakinlərin öldürülməsindən və 250-yə yaxın insanın girov götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib.

Seçilən
14
3
far.az

9Mənbələr