AZ

Kanada ABŞ mallarına 105 milyard dollarlıq tarif tətbiq etməyə hazırlaşır

Ottava Trampın gözlənilən tarif sanksiyalarına qarşı hazırlıqlarını sona çatdırır...

Kanada səlahiyyətliləri, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Kanada məhsullarına 25%-lik rüsumları təsdiqlədiyi təqdirdə tariflərə tabe olacaq 105 milyard dollarlıq Amerika mallarının siyahısını tamamlayıb.

Poliqon xəbər verir ki, bu barədə Bloomberg Agentliyi məlumat yayıb.

Xəbərdə bildirilir ki, Ottava mümkün ticarət müharibəsinə ilk başlamaq niyyətində deyil və yeni Amerika administrasiyasının potensial addımlarına cavab olaraq hazırlanmış tədbirləri elan edəcək. Qeyd olunur ki, sonradan siyahıya düzəlişlər və əlavələr edilə bilər.

Xatırladaq ki, 2024-cü ilin noyabrında Tramp Kanada və Meksikadan gələn mallara 25% rüsum tətbiq etməyi təklif edib

Poliqon.info

Seçilən
20
poliqon.info

1Mənbələr