AZ

Aİ-nin Rusiyaya qarşı 16-cı sanksiyalar paketinin təfərrüatları bəlli olur

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı hazırlanan yeni sanksiyalar paketi çərçivəsində alüminium idxalını qadağan etməyi planlaşdırır.

Banco.az xəbər verir ki, Avropa mətbuatında çıxan məlumatlara görə, Aİ ölkələri 24 fevral tarixində üçüncü ilinə girəcək Rusiya-Ukrayna müharibəsi səbəbindən Rusiyaya qarşı 16-cı sanksiya paketinin detallarını müzakirə etməyə başlayıblar.

Bu çərçivədə, Aİ Komissiyası üzv ölkələrə Rusiyadan alüminium idxalının qadağan edilməsini də əhatə edən bir paket təqdim edəcək.

Digər tərəfdən, Aİ daha əvvəl alüminiumun tel, boru və folqa formasında idxalını qadağan etmiş, lakin ilkin alüminium idxalını davam etdirmişdi.

Bundan əlavə, Aİ-yə üzv olan 10 ölkə Rusiyadan qaz və mayeləşdirilmiş təbii qaz (LNG) idxalının ən qısa zamanda qadağan edilməsini tələb edir.

Çexiya, Danimarka, Estoniya, Finlandiya, İrlandiya, Latviya, Litva, Polşa, Rumıniya və İsveç Rusiyanın Avropaya yanacaq ixracının qarşısının alınmasını və Rusiyanın LNG tankerlərinin limanlara girişinə qadağa qoyulmasını tələb edirlər.

Rusiyadan dəniz yolu ilə neft idxalını qadağan edən Aİ hələlik Rusiyadan qazla bağlı məhdudlaşdırıcı tədbir qərarı qəbul etməyib.

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
21
banco.az

1Mənbələr