AZ

Ukrayna müharibəsində daha bir azərbaycanlı həyatını itirdi

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həyatını itirib.

Bizim.Media xəbər verir ki, bu, Oğuz rayon sakini olan Ayaz Rəşid oğlu Alməmmədovdur.

Xatırladaq ki, 2021-ci ildən başlayaraq Rusiya Ukrayna ilə sərhədi yaxınlığında, o cümlədən qonşu Belarus daxilində böyük hərbi varlıq yaradıb.

Rusiya prezidenti Vladimir Putin NATO-nun genişlənməsini tənqid edib və Ukraynanın heç vaxt hərbi alyansa qoşulmasına qadağa qoyulmasını tələb edib. O, 21 fevral 2022-ci ildə Rusiya Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublikasını müstəqil dövlət kimi rəsmən tanıyıb.

Üç gün sonra Putin televiziya ilə yayımlanan veriliş zamanı Ukraynada “xüsusi hərbi əməliyyat” elan edib və bu, Ukraynaya genişmiqyaslı işğalın başlanğıcı olub. 

Hazırda müharibədə hər iki tərəfdə azərbaycanlılar da iştirak edir. 


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Seçilən
5
3
bizim.media

4Mənbələr