AZ

Ötən ay 256 nəfərin diplomu tanınıb

Dekabr ayı üzrə 325 müraciətçinin 256-sı barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilmiş, 69 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

TƏHSİL.BİZ xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi məlumat yayıb.

Bildirilib ki, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olması səbəbi ilə 58, dövlət nümunəli olmayan diplom səbəbilə 4, akkreditasiyasız filial səbəbilə 3, "Açıköğretim" təhsil forması səbəbilə 1, akkreditasiyasız ali təhsil müəssisəsi və dövlət nümunəli olmayan diplom blankı səbəbilə 1, akkreditasiyasız ali təhsil müəssisəsi və tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olması səbəbilə 1, əczaçılıq ixtisası üzrə qiyabi formada təhsil alınması səbəbilə 1 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Türkiyə Respublikasından 117, Ukraynadan 84, Rusiya Federasiyasından 80, Birləşmiş Krallıqdan 9, Gürcüstandan 7, Macarıstandan 7, Amerika Birləşmiş Ştatlarından 6, Litva Respublikasından 2, Pakistan İslam Respublikasından 2, Polşa Respublikasından 2, Avstraliya İttifaqından 1, Çex Respublikasından 1, Çin Xalq Respublikasından 1, İsrail Dövlətindən 1, İtaliya Respublikasından 1, Latviya Respublikasından 1, Moldova Respublikasından 1, Qazaxıstan Respublikasından 1, Səudiyyə Ərəbistan Krallığından 1 müraciətin olduğu müşahidə olunur.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, iqtisadiyyat üzrə 38, maliyyə üzrə 33, biznesin idarə edilməsi üzrə 30, menecment üzrə 14, beynəlxalq münasibətlər üzrə 13, logistika və nəqliyyat texnologiyaları mühəndisliyi üzrə 13, turizm işinin təşkili üzrə 13 müraciət qeydə alınıb 

Seçilən
14
49
tehsil.biz

10Mənbələr