AZ

Bayden sonuncu dəfə xalqa müraciət etdi

ABŞ prezidenti Bayden səlahiyyət müddətinin bitməsinə bir neçə gün qalmış Ağ Evdə sonuncu dəfə Amerika xalqına müraciət edib. 

News24.az xəbər verir ki, gələn Tramp administrasiyasını atəşkəslə bağlı məlumatlandırdıqlarını qeyd edən Bayden, ad çəkmədən atəşkəs üçün borclunun varisi Donald Trampa deyil, ona və komandasına aid olduğunu bildirib:

"Bu plan mənim komandam tərəfindən hazırlanıb və müzakirə edilib. Böyük ölçüdə vəzifəyə başlayacaq yeni administrasiya tərəfindən həyata keçiriləcək. Ona görə də komandama yeni administrasiyaya ətraflı məlumat vermələrini söylədim".

Covid-19 epidemiyasından başlayaraq vəzifəsi boyunca zabit və əsgərlərə təşəkkür edən Bayden, Ağ Evdəki bütün komandasının çox çətin tapşırıqların öhdəsindən uğurla gəldiyini izah edib.

Amerika demokratiyasının daxildəki bütün çətinliklərə baxmayaraq ayaqda qaldığını, 4 ildə 17 milyon yeni iş yeri açdıqlarını və xüsusilə yüksək texnologiyalarda güclü addımlar atdıqlarını ifadə edən Bayden, xarici siyasətdə Çinlə qlobal rəqabətə diqqət çəkib. 

Bayden, "Biz NATO-nu gücləndirdik. Ukrayna hələ də azaddır və Çinlə rəqabətimizdə irəliləmişik. Amerika xalqı üçün birlikdə əldə etdiklərimizlə fəxr edirəm və yeni administrasiyaya uğurlar arzulayıram. Çünki istəyirəm ki, Amerika uğur qazansın” dedi.

ABŞ-ın keçmiş prezidenti Duayt Eyzenhauerin "hərbi-sənaye kompleksi" ilə bağlı xəbərdarlığına toxunan Bayden deyib: "Eyni şəkildə, mən ölkəmiz üçün real təhlükələr yarada biləcək texnologiya-sənaye kompleksinin mümkün yüksəlişindən narahatam. Bu gün Amerikada həddindən artıq sərvət, güc və nüfuz sahibi oliqarxiya formalaşır".

Bayden izah edib ki, sözügedən texnologiya-sənaye kompleksinin yüksəlişi Amerika xalqı üçün fundamental hüquqlar və demokratiya ilə bağlı təhlükə yarada bilər.

Günel Məlikzadə

Seçilən
9
news24.az

1Mənbələr