Keçmiş Amerika prezidentləri Barak Obama, Corc Buş və Bill Klinton ABŞ-nin yeni seçilmiş lideri Donald Trampın inauqurasiya mərasimində iştirak etməyəcəklər.
Bu barədə NBC telekanalı mənbələrə istinadən məlumat yayıb.
Telekanalın məlumatına görə, Obama və Klinton şam yeməyinə dəvət alıblar. Bundan əlavə, inauqurasiya naharına keçmiş birinci xanım və keçmiş dövlət katibi Hillari Klinton da dəvət olunub, lakin o da tədbirdə iştirak etməyi planlaşdırmır.
Bununla belə, yanvarın 20-də Trampın andiçmə mərasimi keçiriləcək. Mərasimdə amerikalı sahibkar və siyasətçi İlon Mask, "Amazon"un qurucusu Ceff Bezos və "Meta" şirkətinin rəhbəri Mark Zukerberq iştirak edəcək.