AZ

Fiziki şəxslərin depozit portfeli 33% artıb – Expressbank

Expressbank 2024-cü ilin 4-cü rübü üzrə nəticələrini açıqlayıb.

Banco.az   xəbər verir ki, Expressbank öncəki illərdə olduğu kimi, 2024-cü ili də müsbət nəticələrlə başa vurub. Belə ki, ötən il ərzində Expressbankın aktivləri 60 milyon manata yaxın və ya 11% artaraq 560 milyon manatdan 2024-cü ilin sonuna 620 milyon manata yüksəlib. Bununla da Expressbank öz stabil inkişafını qorumağa davam edib.

İl ərzində bankın kredit portfeli 23%-ə yaxın artaraq 409 milyon manatdan 501 milyon manata yüksəlib.

Bankın depozit portfeli 32 milyon manat artaraq 230 milyondan 262 milyon manata qalxıb. Belə ki, təkcə fiziki şəxslər üzrə depozit portfeli əvvəlki ilin analoji dövrü ilə müqayisədə 33% artım göstərərək 152 milyondan 202 milyona yüksəlib.

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
7
4
banco.az

6Mənbələr