AZ

"ATƏT-in Minsk Qrupunun de yure ləğvi zəruridir" - Deputat

"Azərbaycan, Minsk Qrupunun ləğvini sülh müqaviləsi imzalanmadan əvvəl baş verməsini tələb edir".

"ATƏT-in Minsk Qrupunun və həmsədrlik institutunun de yure ləğvi zəruridir".

"Operativ Media" xəbər verir ki, bunu Milli Məclisin deputatl Rizvan Nəbiyev bildirib.

Deputat bildirib ki, Prezident İlham Əliyev bu məsələləri müxtəlif siyasi-diplomatik müstəvilərdə dəfələrlə gündəmə gətirib. O, ATƏT-in Minsk Qrupunun ləğvini qəti şəkildə tələb edir.

Rizvan Nəbiyevin sözlərinə görə, Ermənistan, son vaxtlar Minsk Qrupunun ləğvini prinsipial olaraq müsbət tonla dəstəkləsə də, bəzi ziddiyyətlər mövcuddur. Ermənistanın Baş naziri Nikol Paşinyan Minsk Qrupunun ləğvini "konstruktiv yanaşma" kimi dəyərləndirib, amma erməni spikerin açıqlamaları Azərbaycanın mövqeyinə ziddir. . Belə ki, erməni spiker Minsk Qrupunu ləğvini sülh sazişi imzalanmasından sonra baş verə biləcəyin qeyd edərək, sülh sazişi imzalanandan ona ehtiyac qalmayacağını və mənasını itirəcəyini bildirib.

Azərbaycan, Minsk Qrupunun ləğvini sülh müqaviləsi imzalanmadan əvvəl baş verməsini tələb edir. Bu, Azərbaycan və Ermənistan arasında qarşılıqlı etimadı artırar və digər məsələlər üçün zəmin yarada bilər.

Seçilən
6
1
operativmedia.az

2Mənbələr