AZ

Tramp Rusiya və Çinlə münasibətləri gücləndirməyi planlaşdırır

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Rusiya və Çinlə münasibətləri gücləndirməyi planlaşdırır.

Bu barədə Yahoo News Japan yazır.

“Yeni Tramp administrasiyası Çin və Rusiya ilə iqtisadi və təhlükəsizlik əlaqələrini gücləndirmək üçün yeni “Güclülər Alyansı” yaradacaq”, – materialda deyilir.

Eyni zamanda, məqalə müəllifi ABŞ-ın keçmiş müttəfiqlərinin, o cümlədən Yaponiyanın Vaşinqtondan dəstəyinin zəiflənə biləcəyi üçün “qoruma axtarmağa” məcbur olacağı fikrini ifadə edib.

Bundan əvvəl “Financial Times” yazıb ki, Trampın Qrenlandiya, Panama və Kanadaya qarşı hədələri Rusiya və Çinə strateji üstünlük verir.

DOĞRU.AZ

Seçilən
19
42
dogru.az

10Mənbələr