"Şamaxı" klubu heyətinə yeni futbolçu cəlb edib.
Bu barədə "Report"a bölgə təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.
Tanzaniyalı yarımmüdafiəçi Alfons Msanga Mabula ilə 6 ay + 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 21 yaşlı futbolçu Serbiyanın “Spartak” (Subotitsa) klubuna məxsus olub, son olaraq icarə əsasında həmin ölkənin “Novi Sad” klubunda çıxış edib.