AZ

Aktyor Əli Xan bıçaqlandı

"Bollywood" aktyoru Saif Əli Xan bıçaqlanaraq xəstəxanaya yerləşdirilib.

Milli.Az xəbər verir ki, o, yaşadığı evdə hücuma məruz qalıb. Aktyor çoxsaylı bıçaq yaraları alıb.

Şəhər polisi BBC Marathi-yə bildirib ki, hadisə gecə yarısından sonra naməlum şəxsin aktyorun evinə girməsindən sonra yaranan mübahisə zamanı baş verib. Xanın ailəsi mətbuata açıqlama verməsə də, onun prodüsseri hadisəni "oğurluğa cəhd" kimi dəyərləndirib, lakin əlavə məlumat verməyib.

Saif Əli Xan hazırda Lilavati Xəstəxanasında əməliyyat olunur. Xəstəxananın baş əməliyyat direktoru Niraj Uttamani bildirib ki, aktyor altı bıçaq yarası alıb, onlardan ikisi dərin olub və biri onurğaya yaxın yerdədir.

Polis məsələ ilə bağlı araşdırmaya başlayıb. Mumbay Polis İdarəsinin müavini Dikşit Gedam bildirib ki, aktyorun evinə daxil olan şəxs arasında mübahisə yaranıb.

İsmayıl
Milli.Az

 
Seçilən
5
3
milli.az

4Mənbələr