AZ

"Şamaxı" heyətinə tanzaliyalı futbolçu cəlb etdi

"Şamaxı" klubu heyətini yeni futbolçu ilə gücləndirib. 

Fanat.Az xəbər verir ki, bölgə təmsilçisinin mətbuat xidməti futbolçunun keçidini rəsmən açıqlayıb.

Tanzaniyalı yarımmüdafiəçi Alfons Msanqa Mabula ilə "6 ay + 1 illik" müqavilə imzalanıb.

Qeyd edək ki, 21 yaşlı futbolçu Serbiyanın “Spartak” (Subotitsa) klubuna məxsus olub. O, son olaraq icarə əsasında həmin ölkənin “Novi Sad” klubunda çıxış edib.

Seçilən
2
14
fanat.az

10Mənbələr