AZ

Yeni kassa aparatları 24,5 milyard əməliyyat qeydə alıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına əsasən, 2024-cü ilin yanvar – dekabr aylarında yeni nəzarət – kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 24 milyard 500 milyon manatı (2023-cü illə müqayisədə 2,6 milyard manat və ya 12 faiz çox) ötüb.      

Qeyd edilib ki, indiyədək ölkə ərazisində 104 min ədəd yeni nəsil NKA quraşdırılıb. Həmin aparatlardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz  dövriyyəsinin qarşısının alınmasına və dövriyyələrə nəzarətin təmin edilməsinə imkan yaradıb.

Seçilən
0
6
xalqqazeti.az

10Mənbələr