Bakı. Trend:
Azərbaycan və Özbəkistan gömrük proseslərində süni intellektdənistifadəni genişləndirmək niyyətindədir.
Trend xəbər verirki, bunu Azərbaycanın Dövlət Gömrük Komitəsinin sədri Şahin BağırovTürkdilli Dövlətlər Təşkilatının gömrük xidməti rəhbərlərinin sayca10-cu iclasında etdiyi çıxışda bildirib.
“Bizim Özbəkistanla əməkdaşlığımız uzun tarixə əsaslanır və bizÖzbəkistanın ələlxüsus gömrük xidmətində informasiya-texnologiyaçözümləri istiqamətində əldə etdiyi nailiyyətləri öyrənirik. Biz,eyni zamanda, risklərin idarə olunması sistemləri ilə bağlıuğurları təhlil edirik və onların üzərində birgə işləyirik”, - deyənazir söyləyib.
Ş.Bağırov qeyd edib ki, növbəti hədəflərə ÖzbəkistanRespublikasının gömrük xidməti ilə süni intellekt əsasındaəməkdaşlıq, onun tətbiqi ilə bağlı fikir mübadiləsi, həmçinin,gömrük proseslərində süni intellektdən istifadəningenişləndirilməsi daxildir.
“Bundan başqa, biz biliklərimizi qarşılıqlı olaraqzənginləşdirməyi davam etdirmək məqsədilə bu sahədə faktiki olaraqpraktiki təcrübəsi olan digər xidmətlərin və gömrük orqanlarınıntəcrübələrinin öyrənilməsini qarşımıza məqsəd qoyuruq”, - deyə ovurğulayıb.