Aktual.az xəbər verir ki, XİN başçısı səfər çərçivəsində azərbaycanlı həmkarı Ceyhun Bayramovla təkbətək və geniş tərkibdə görüşlər keçirəcək.
Boçorişvili həmçinin Bakıda keçiriləcək Azərbaycan və Gürcüstan arasında İqtisadi Əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın növbəti, 10-cu sessiyasında iştirak edəcək.