AZ

Yelo Bank ötən ili rekord maliyyə nəticələri ilə başa vurdu

Bakı. Trend:

Yelo Bank 2024-cü ilin son rübü üzrə maliyyə nəticələriniaçıqlayıb. Bankın əsas maliyyə göstəricilərində əhəmiyyətli artımmüşahidə olunur. Xüsusilə xalis mənfəət üzrə rekord artım qeydəalınıb. Belə ki, Yelo Bank-ın 2024-cü ilin sonuna xalis mənfəəti 43milyon manatı ötüb, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədəiki dəfədən çox artım deməkdir. Digər maliyyə nəticələrinə gəldikdəisə:

- Bankın kredit portfeli böyüyüb: 2023-cü ilinsonu ilə müqayisədə 22% artımla 935 mln manata çatıb.

- Artımın mühüm hissəsini biznes kreditləri təşkiledib: biznes kredit portfeli 21,5% artımla 587 mln manatolub.

- Real sektor hər zaman prioritetlər arasındaolub: il ərzində mikro bizneslərə Bank tərəfindən 364 mlnmanat vəsait ayrılıb. İlin sonuna mikrokredit portfelinin həcmi 347mln manat təşkil edib, bu da 2023-cü ilin analoji dövründən 24.6%çoxdur.

- İstehlak kreditləri portfeli də əhəmiyyətli dərəcədəartıb: il ərzində 32 mindən çox istehlak krediti verilib,nəticədə bu istiqamət üzrə portfelin həcmi 23.5%-lik artımla 347mln manata çatıb. Bu satışların 38%-i, eləcə də portfel artımının50%-i onlayn kanallar vasitəsilə həyata keçirilib.

- Bank-ın əmanət təklifləri cəlbedici olmağa davamedib: fiziki şəxslərin müddətli depozitlərinin həcmi ilərzində 37% artaraq 652 mln manata yaxınlaşıb. Bu artım bankınmüştərilər arasında etibarlı maliyyə tərəfdaşı kimi mövqeyini dahada möhkəmləndirdiyini göstərir.

- Faiz və qeyri-faiz gəlirləri də artıb: ilərzində Bankın faiz gəlirləri 34% artaraq 151 mln manat təşkiledib. Qeyri-faiz gəlirləri isə 32 mln manata çatıb.

- Bankın kapital mövqeyi xeyli güclənib:hesabat dövründə məcmu kapital 148,7 mln manat təşkil edir, bu daəvvəlki ilin eyni dövründən 36% çoxdur. Məcmu kapitalın adekvatlıqəmsalı 13,15%, birinci dərəcəli kapitalın adekvatlıq əmsalı isə7,05% olmaqla, hər iki göstərici üzrə tələb olunan normanıüstələyir. 2024-cü ilin sonuna Bankın aktivləri 1,280 mln manattəşkil edir.

Yelo Bank 2025-ci ildə də dinamik inkişafını davam etdirməyiplanlaşdırır. Bank yeni filialların açılması, rəqəmsal xidmətləringenişləndirilməsi və mövcud xidmətlərin müasirləşdirilməsi üzrə birsıra layihələr həyata keçirəcək. Bu yeniliklərdə isə ESG yanaşması,dayanıqlılıq prinsipləri, müştərimərkəzli addımlar üstünlük təşkiledəcək. Xüsusilə bölgələrdə xidmət şəbəkəsini böyütməyi hədəfləyənYelo Bank maliyyə inklüzivliyinə və sosial-iqtisafi inkişafa töhfəverməyə davam edəcək.

Bank xidmətləri, eləcə də onlayn kredit haqqında əlavəsuallarınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsappyelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!

Seçilən
0
14
az.trend.az

10Mənbələr