Bakı. Trend:
Ötən il pərakəndə ticarət şəbəkəsində istehlakçılara 62,2milyard manatlıq, o cümlədən, 34,1 milyard manatlıq ərzaqməhsulları, içkilər və tütün məmulatları, 28,1 milyard manatlıqqeyri-ərzaq malları satılıb.
Bu barədə TrendDövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata əsasən, 2023-cü illə müqayisədə pərakəndə ticarətdövriyyəsi real ifadədə 3,9 faiz, o cümlədən, ərzaq məhsulları,içkilər və tütün məmulatları üzrə 2,1 faiz, qeyri-ərzaq mallarıüzrə 6,3 faiz artıb.
Hesabat dövründə əmtəə bazarı aşağıdakı göstəricilərləxarakterizə olunub:
Məhsul qruplarının adları | Satışdan gəlir, milyon manat | 2023-cü ilə nisbətən, faizlə | Məhsul qrupları üzrə ticarət dövriyyəsinin yekunda xüsusiçəkisi, faizlə |
Pərakəndə ticarət dövriyyəsi | 62 202,9 | 103,9 | 100,0 |
o cümlədən: | |||
ərzaq məhsulları | 31 408,1 | 102,3 | 50,5 |
içkilər və tütün məmulatları | 2 726,5 | 99,6 | 4,4 |
toxuculuq məhsulları, geyim və ayaqqabılar | 9 048,4 | 105,8 | 14,5 |
elektrik malları və mebellər | 3 018,3 | 107,1 | 4,8 |
kompüterlər, telekommunikasiya avadanlıqları və çapməhsulları | 727,4 | 111,8 | 1,2 |
əczaçılıq məhsulları və tibbi ləvazimatlar | 1347,6 | 97,6 | 2,2 |
avtomobil benzini və dizel yanacağı | 3423,1 | 106,8 | 5,5 |
digər qeyri-ərzaq malları | 10 503,5 | 107,2 | 16,9 |
2024-cü ildə alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqlarımallara xərclədiyi vəsaitin 50,5 faizi ərzaq məhsullarının, 4,4faizi içkilər və tütün məmulatlarının, 14,5 faizi toxuculuqməhsulları, geyim və ayaqqabıların, 5,5 faizi avtomobil benzini vədizel yanacağının, 4,8 faizi elektrik malları və mebellərin, 2,2faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,2 faizikompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının,16,9 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərfolunub.
Hesabat ilində qeyri-dövlət sektorunda fəaliyyət göstərəntəsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlkiillə müqayisədə real ifadədə 3,9 faiz artaraq, ümumi pərakəndəticarət dövriyyəsinin 99,7 faizini təşkil edib.
2023-cü illə müqayisədə 2024-cü ildə pərakəndə ticarətdövriyyəsi real ifadədə müəssisələr üzrə 8,6 faiz, fərdisahibkarlar üzrə 1,8 faiz, bazar və yarmarkalarda isə 3,4 faizartıb.
Hesabat ilində pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəriorta hesabla ayda 508,0 manatlıq, o cümlədən, 278,8 manatlıq ərzaqməhsulları, içkilər və tütün məmulatları, 229,2 manatlıqqeyri-ərzaq malları alıb.