Bu gün səhər “Yasamal” Yaşayış Kompleksinin (MİDA) bir neçə sakini burada yerləşən 9 saylı müntəzəm marşrut xəttinin sonuncu dayanacağındakı dispetçer məntəqəsinə yaxınlaşaraq sürücülərə tort hədiyyə ediblər.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Xaliq Faiqoğlu” şirkətinin əməkdaşı sosial şəbəkədə bildirib.
O qeyd edib ki, sərnişinlər göstərilən xidmətə görə təşəkkür ediblər və onların bu addımı çox xoş qarşılanıb.
Qeyd edək ki, 9 saylı müntəzəm marşrut xətti (MİDA - “İnşaatçılar” mt/s - “20 Yanvar” mt/s - “Memar Əcəmi” mt/s - Ayna Sultanova heykəli - “Nəriman Nərimanov” mt/s)2022-ci ildən fəaliyyət göstərir. Xətt üzrə 12 avtobus 10 dəqiqəlik intervalla sərnişinlərə xidmət göstərir.
Mənbə: qafqazinfo.az