AZ

XİN: Azərbaycan Qəzzada atəşkəs və əsir mübadiləsi ilə bağlı razılaşmanı alqışlayır.

Azərbaycan XİN ümid edir ki, bütün tərəflər razılaşmaya hörmət edəcək.

"Azərbaycan Qəzzada atəşkəs və əsir mübadiləsi ilə bağlı razılaşmanı alqışlayır".

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.

"Ümid edirik ki, bütün tərəflər razılaşmaya hörmət edəcək və əziyyətlərə son qoyulacaq.

Azərbaycan BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq İsrail-Fələstin münaqişəsinin iki dövlət prinsipi əsasında həllini dəstəkləyir və bu məqsədə doğru beynəlxalq ictimaiyyətlə işləməyə davam edəcək", - bəyanatda deyilir.

 

Seçilən
0
32
operativmedia.az

10Mənbələr