AZ

Çimnaz Sultanova ilə bağlı şok iddialar - Bu xəstəxanalarda...

Aktrisa Çimnaz Sultanova Bakı Sağlamlıq Mərkəzində bağırsağından səhv əməliyyat edilib.

Teleqraf.com xəbər verir ki, bunu aktrisanın qohumu iddia edib.

"Daha sonra Zəfəran Hospitala yerləşdirilib. Yenidən əməliyyat edilən zaman bağrısağı partlayıb və komaya düşüb. Onun 30 min manat xərci çıxıb", - deyə qohumu bildirib.

Qeyd edək ki, aktrisa Ç. Sultanova 15 yanvar 1982-ci ildə Bakıda anadan olub. “Vicdan haqqı”, “Sənə inanıram”, “Bayram axşamı” kimi bir sıra serial və filmlərdə rol alıb. O, yanvarın 15-də bağırsaq xərçəngindən vəfat edib.


Müəllif: Rəqsanə Həsənova
Seçilən
1
7
teleqraf.com

10Mənbələr