AZ

Azərbaycanda istirahət mərkəzində yanğın olub

Hacıqabulda istirahət mərkəzində yanğın olub.

Bu barədə Azreform.info -a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, rayonunun Pirsaat qəsəbəsində istirahət mərkəzinin ərazisində ümumi sahəsi 300 m² olan anbarın qamışdan ibarət tavanı, dam örtüyünün taxta atmaları və içərisində olan əşyalar yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Seçilən
0
5
azreform.info

10Mənbələr