Bakı, TurkicWorld
Azərbaycan Qəzzada atəşkəs və girov razılaşmasını alqışlayır.
TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin X sosial media hesabında qeyd edilib.
Bildirilib ki, Azərbaycan ümid edir ki, bütün tərəflər razılaşmaya hörmət edəcək və əziyyətlərə son qoyulacaq.
"Azərbaycan BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq İsrail-Fələstin münaqişəsinin iki dövlət prinsipi əsasında həllini dəstəkləyir və bu məqsədə doğru beynəlxalq ictimaiyyətlə işləməyə davam edəcək", - deyə əlavə edilib.
Xəbər yenilənəcək