AZ

Erməni general Brüsseldə NATO iclasına qatıldı

Ermənistanın Baş Qərargah rəisi Edvard Asryanın rəhbərlik etdiyi nümayəndə heyəti NATO-nun Brüsseldəki hərbi komitəsinin iclasında iştirak edir.

Yenicag.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyindən məlumat verilib.

“Yanvarın 15-17-də Ermənistan müdafiə nazirinin birinci müavini general-leytenant Asryanın başçılıq etdiyi nümayəndə heyəti Şimali Atlantika Alyansının Hərbi Komitəsinin NATO-ya üzv və tərəfdaş dövlətlərin Müdafiə Qərargah rəisləri formatında keçirilən iclasında iştirak etmək məqsədi ilə Brüsseldə səfərdədir”, – məlumatda qeyd olunub.

Bildirilib ki, görüşün məqsədi müasir qlobal və regional təhdid və çağırışlar barədə məlumatlılığı artırmaq, habelə onların aradan qaldırılması üçün kollektiv həll yollarını tapmaqdır.

İclasda iqlim dəyişikliyi, geniş yayılmış qeyri-sabitlik, yeni və pozucu texnologiyalar, hibrid və kiber təhdidlər dövründə kritik həyatı dəstəkləyən infrastrukturun dayanıqlılığı, həmçinin NATO-nun başçılıq etdiyi əməliyyatlarda və missiyalarda tərəfdaş ölkələrin iştirakı ilə bağlı məsələlər müzakirə olunur.

Seçilən
6
2
yenicag.az

3Mənbələr