“Arsenal”ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasının 21-ci turunun “Tottenhem”lə ev oyunu (2:1) haqda fikrini paylaşıb.
Arena.az “Arsenal”ın rəsmi saytına istinadən, ispan mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Mən komandamla çox fəxr edirəm, düşünürəm ki, biz inanılmaz surətdə çıxış etdik. Bu, iki çıxışdan və iki fərqli yarışda heç bir mükatımızı almadığımızdan sonra yaxşı sınaq idi. Belə bir şəraitdə mövsümün ən vacib oyununu keçirməli olduq və bu, bizim münasibətimizi sınadı. Bizim nədən ibarət olduğumuzu, nə qədər cəsarətli olduğumuzu, nəticəyə nə qədər əhəmiyyət verdiyimizi və rəqibimizdən daha yaxşı olmaq üçün oyunda nə qədərini edə biləcəyimizi bilirsiniz. Düşünürəm ki, ilk dəqiqədən biz elə oynadıq ki, topla və ya topsuz onlara zərər yetirə bilək. Düşünürəm ki, biz qələbəyə tam layiq idik, bir çox insanı da çox sevindirdik”, deyə Arteta vurğulayıb.
Cari mövsümdə keçirdiyi 21 oyunda 43 xal toplamış “Arsenal” İngiltərə Premyer Liqasının yarış cədvəlində 2-ci pillədə qərarlaşıb. “Tottenhem” isə 24 xalla 13-cü pillədədir.
Premyer Liqaya 20 oyunda 47 xal toplamış “Liverpul” başçılıq edir.