"20 il idi deyirdilər Gürcüstan Avropa İttifaqının üzvü olacaq, biz qaldıq. İndə də Ermənistan Aİ üzvü olacaq biz qaldıq yazırlar". "Olaylar" xəbər verir ki, bunu hüquq müdafiəçisi Sahib Məmmədov deyib: "Gürcüstanın Aİ üzvü olmaq şansı Ermənistandan dəfələrlə çox idi və hətta baş verənlərdən sonra da az deyil. Gürcüstan və Türkiyə Aİ üzvü olduqdan sonra bəlkə Ermənistana perspektiv yarana bilər. Paşinyana dəstək lazımdır. Rusiya ilə iqtisadi münasibətləri əladır. Vahid gömrük sərhəddi daxilində kef edir. Bu tərəfdən də Aİ və ABŞ-dan bəhrələnir. Bu "şaxələnmiş" siyasəti hara qədər apara biləcək? Bir birinə düşmən olan fərqli qüvvələrlə eyni zamanda strateji müttəfiq olamq diplomatik istedadıır, ya fırıldaqçılıqdı? Bu suallar ayrı bir cavab tələb edir".Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31