AZ

Sosial media fenomeni körpəsini zəhərlədi - Dəhşətli səbəb

 
Avstraliyada sosial media fenomeni ianə toplamaq və izləyicilərinin sayını artırmaq üçün 1 yaşlı körpəsini zəhərləyib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, oktyabrda körpənin səhhətində yaranan problemlər səbəbindən xəstəxanaya yerləşdirildikdən sonra həkimlərin vəziyyəti fərq etməsi ilə başlayan araşdırma nəticəsində sosial media fenomeni qadın işgəncə, zəhərlənmə, təhqir və fırıldaqçılıqda ittiham edilib.

Dedektiflər qadının körpəyə müxtəlif reseptli dərmanları icazəsiz verdiyini və yanvar ayında körpənin dərman testinin müsbət çıxdığını söyləyiblər.
 
Polis qadının 37 min dollar ianə topladığını və polisin zorakılıq iddiaları ilə bağlı digər insanları araşdırdığını, lakin şəxsləri ittiham edəcək heç bir dəlil olmadığını bildirib.

Mikayıl
Seçilən
27
34
azxeber.com

10Mənbələr