Mikayıl Cabbarov bildirib ki, sənədin icrası Azərbaycan və Latviyanın vergi orqanları arasında səmərəli tərəfdaşlığın və məlumat mübadiləsinin təşkilinə təkan verəcək.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Latviyanın Azərbaycandakı səfiri Edqars Skuya ilə görüşüb.
"Operativ Media" xəbər verir ki, bu barədə Mikayıl Cabbarov öz "X" hesabında paylaşım edib.
Nazir bildirib ki, görüşdə iki ölkə arasındakı iqtisadi münasibətlərinin gücləndirilməsi istiqamətində faydalı müzakirələr aparılıb:
"Görüş çərçivəsində "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Latviya Respublikasının Dövlət Gəlirlər Xidməti arasında məlumat mübadiləsi və vergi tələblərinin alınmasında yardım haqqında" Anlaşma Memarandumu imzalandı.
Sənədin icrası Azərbaycan və Latviyanın vergi orqanları arasında səmərəli tərəfdaşlığın və məlumat mübadiləsinin təşkilinə təkan verəcək".