Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev yanvarın 16-da Ağstafa rayonundakı Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.
Nazirlikdən "İki sahil"ə bildirilib ki, əvvəlcə Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, dahi şəxsiyyətin əziz xatirəsi anılıb.
Qəbul zamanı ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, işlə təminolunma və digər məsələlərlə bağlı vətəndaşların müraciətləri dinlənilib. Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digərlərinin isə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə nazirliyin məsul işçilərinə müvafiq tapşırıqlar verilib.
Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildirərək onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.