2024-cü ildə metroda qatar stansiyaya daxil olarkən 3 nəfər stansiya yoluna düşüb. Nəticədə 2 sərnişin vəfat edib, 1 nəfər ağır xəsarət alıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib.
Onun sözlərinə görə, il ərzində 33 sərnişin əşyasını götürmək üçün stansiya yoluna düşüb, 2 nəfər ehtiyatsızlıq səbəbindən yıxılaraq təhlükəli vəziyyət yaradıb.
İl ərzində 19 nəfər stansiya yoluna məhz əşya atdığı üçün cərimələnib. Ümumilikdə 374 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinə əsasən, inzibati protokol tərtib olunub.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə görə dəmir yoluna hər hansı əşya atmağa görə 200 AZN, özbaşına dəmir yoluna düşməyə görə isə 50 AZN cərimə tətbiq edilir
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta