AZ

İran hökuməti əyalət mollasını “Azərbaycanın fəxri” adlandırıb

“Araz News” Teleqram kanalı xəbər verir ki, Ərdəbil Bələdiyyəsi ikiüzlü addım ataraq Ərdəbilin cümə imamı Həsən Amelinin təsviri olan və “Azərbaycanın “fəxri” yazılı banner hazırlayaraq şəhər küçəsində yerləşdirib.

Bildirilib ki, Ərdəbil şəhər Bələdiyyəsinin təhlükəsizlik orqanlarının göstərişi ilə həyata keçirdiyi bu aşağılayıcı addım İran hökumətinin Azərbaycan türk xalqına qarşı açıq-aşkar təhqiridir.

Qeyd olunub ki, İran hökumətinin muzdlusunun və casusunun Azərbaycan və Türkiyə prezidentlərinə qarşı hücumları və dövlət televiziyasında yayımlanan təhqirləri Azərbaycanda və Güney Azərbaycanda sərt reaksiyalara səbəb olub. Azərbaycan Prezidenti İlham Əliyev hökumət mollasının vəzifəsindən uzaqlaşdırılmasını tələb edib və İran hökumətini üzr istəməyə çağırıb. İran hökuməti isə buna cavab olaraq, hökumət mollasını “Azərbaycanın fəxri” adlandırıb.

visiontv.az



Seçilən
35
22
visiontv.az

10Mənbələr