2024-cü ildə metroda qatar stansiyaya daxil olarkən 3 nəfər stansiya yoluna düşüb. Nəticədə 2 sərnişin vəfat edib, 1 nəfər ağır xəsarət alıb.
Publika.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib.
Onun sözlərinə görə, il ərzində 33 sərnişin əşyasını götürmək üçün stansiya yoluna düşüb, 2 nəfər ehtiyatsızlıq səbəbindən yıxılaraq təhlükəli vəziyyət yaradıb.
İl ərzində 19 nəfər stansiya yoluna məhz əşya atdığı üçün cərimələnib. Ümumilikdə 374 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinə əsasən, inzibati protokol tərtib olunub.